Azerbaycanlı şair
Samed Vurgun var
Tayyip Atmaca’nın Genel yayın yönetmenliğinde çıkan, yine hece şiirleriyle dolu dolu olan “Hece Taşları” dergisinin bu sayısındaki isimler:
Samed Vurgun, Yasin Mortaş, Kenan Erdoğan, Ali Kemal Mutlu, İbrahim Sağır, Sevil İbrahim Kızı, Âşık Cemal Divanî, Halil Karaca, İrfan Görkaş, İsmail Özmel, Hilmi Aydın, Ahmet Ayaz, Atilla Ertuğrul, Celalettin Kurt, Sevil Mehtiyeva, Mustafa Oğuz, Tayyib Atmaca, Hasan Hüseyin Cesur, Mustafa Kurbanoğlu, İsmail Gül, Seyfettin Karamızrak, Temür Melik Dedekurt.
Azerbaycanlı şair Samed Vurgun’un bu sayıda yer alan ünlü Azerbaycan şiiri:
SAMED VURGUN
Azərbaycan
El bilir ki sən mənimsən
Yurdum yuvam məskənimsən
Anam doğma vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan Azərbaycan
Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu yarı
Mən bir uşaq sən bir ana
Odur ki bağlıyam sana
Hankı səmtə hankı yana
Hey uçsam da yuvam sənsən
Elim, günüm obam sənsən
Hey baxıram bu düzlərə
Ala gözlü gündüzlərə
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza
Gəncləşirəm yaza-yaza
Fəqət səndən gen düşəndə
Ayrılıq məndən düşəndə
Saçlarıma dən düşəndə
Boğar aylar illər məni
Qınamasın ellər məni
Dağlarının başı qardır
Ağ örpəyin buludlardır
Büyük bir keçmişin vardır
Bilinməyir yaşın sənin
Nələr çəkmiş başın sənin
Düşdün uğursuz dillərə
Nəhs aylara nəhs illərə
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır
Oğlun, qızın bəxtiyardır
Bir tərəfin bəhri-Xəzər
Yaşılbaş sonalar gəzər
Xəyalım dolanar gəzər
Gah Muğanı gah Eldarı
Mənzil uzaq ömür yarı
Sıra dağlar gen dərələr
Ürək açan mənzərələr
Ceyran qaçar cüyür mələr
Nə çoxdur oylağın sənin
Aranın yaylağın sənin
Keç bu dağdan bu arandan
Astara’dan Lənkəran’dan
Afrika’dan Hindistan’dan
Qonaq gəlir bizə quşlar
Zülm əlindən qurtulmuşlar
Bu yerlərdə limon sarı
Əyir, salır budaqları
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan
Bir səngərdir yaranışdan
Lənkəranın gülü rəng-rəng
Yurdumuzun qızları tək
Dəmlə çayı, tök ver görək
Anamın dilbər gəlini
Yadlara açma əlini
Sarı sünbül bizim çörək
Pambığımız çiçək-çiçək
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına
Qüvvət olsun qollarına
Min Qazaxda köhlən ata
Yalmanına yata-yata
At qan-tərə bata-bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan Göy gölə bax
Ey azad gün azad insan
Doyunca iç bu bahardan
Bizim xalı-xalçalardan
Sər çinarlar kölgəsinə
Alqış günəş ölkəsinə
Könlüm keçir Qarabağ’dan
Gah bu dağdan gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın Xan’ın səsi
Qarabağ’ın şikəstəsi
Gözəl Vətən mənan dərin
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin
Sən günəşin qucağısan
Şeir sənət ocağısan
Ölməz könül ölməz əsər
Nizamilər Füzulilər
Əlin qələm sinən dəftər
De gəlsin hər nəyin vardır
Deyilən söz yadigardır
Bir dön bizim Bakıya bax
Sahilləri çıraq-çıraq
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə
İşıqlanır hər dağ dərə
Nazlandıqca sərin külək
Sahillərə sinə gərək
Bizim Bakı – bizim ürək
İşıqdadır qüvvət sözü
Səhərlərin ülkər gözü
Gözəl Vətən O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın yarandım mən
Gülür torpaq gülür insan
Qoca Şərqin qapısısan
Dinlə məni gözəl Vətən
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman
Azərbaycan, Azərbaycan!